Sürücülərin NƏZƏRİNƏ: Ustalar bunun çox təhlükəli olduğunu bildirir - VİDEO

Avtoxəbər 23 Fevral 2020 20:15 Oxunub 2207
Sürücülərin NƏZƏRİNƏ: Ustalar bunun çox təhlükəli olduğunu bildirir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin əl atdığı bu üsul qəzaya səbəb olan əsas amillərdəndir

Bəzi sürücülər avtomobilin arxa yaylarını qaynaq etdirərək idarə edirlər. Bununla avtomobilin arxa hissəsi aşağı olur və onlar belə zənn edirlər ki, maşın belə olan halda daha yaxşı görünür. Bəzən isə hansısa detalı dəyişmək əvəzinə onu qaynaq yolu ilə bərpa etməyə üstünlük verirlər. Lakin ustalar bunun çox təhlükəli olduğunu bildirir.

Bakıda bəzi sürücülərin əl atdığı bu üsul qəzaya səbəb olan əsas amillərdəndir. Ustalar deyir ki, gənclər avtomobilin arxa hissəsini aşağı göstərmək üçün ustalara avtomobilin yaylarını qızdıraraq aşağı saldırırlar. Bu dəb isə son illər yaranıb.

Sürücülər də şəhərdə belə avtomobillərin çox olduğunu bildirir. Etiraf edirlər ki, bu təhlükəlidir.

Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, bəzən sürücülər ucuz başa gəlsin deyə bəzi detalları qaynaq etdirərək büdcələrinə qənaət etməyə çalışır. Və yaxud hansısa detal baha olduqda onun qəlibini çıxararaq istifadə edirlər.

Ustalar sürücülərə avomobilin detalını dəyişərkən ancaq keyfiyyətliləri ilə əvəz etməyi tövsiyyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh