“Forma 4” arayışının elektronlaşdırılması Daxili İşlər Nazirliyinin göstərişi ilə olub - Ekspert

Yeniliklər 24 Fevral 2020 12:20 Oxunub 1378
“Forma 4” arayışının elektronlaşdırılması Daxili İşlər Nazirliyinin göstərişi ilə olub - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Forma 4” arayışı sürücülər üçün bir kabusa çevrilmişdi

Bildiyiniz kimi ötən ilin oktyabr ayından Baş Dövlət Yol Polisi İdarəsinin sistemi icbari sığorta bürosunun elektron sisteminə inteqrasiya edilib və qəzadan sonra yol polisi ''forma-4'' arayışını elektron qaydada sığorta şirkətlərinə göndərir. Bir neçə gün əvvəl İcbari Sığorta Bürosu, Baş Dövlət Yol Polisi İdarəsi və sığorta şirkətlərinin əməkdaşları sözügedən elektron arayışla bağlı bəzi müzakirələr aparıblar. Müzakirələrdə bildirilib ki, qəzadan sonra yol polisinin sığorta şirkətinə göndərdiyi elektron ''forma-4'' arayışı təkmilləşidirilir. Avtosfer.az-ın məlumatına görə sözügedən arayışın üstünlüklərindən danışan ekspert Elməddin Muradlı abc.az-a bildirib ki, sığorta ödənişlərinin gecikməsi, sürücülərin süründürülməsi uzun illəridr əzab əziyyətə çevrilmişdi. Onun sözlərinə görə, xüsusən “forma 4” arayışı sürücülər üçün bir kabusa çevrilmişdi. E.Muradlı qeyd edib ki, onda olan məlumata görə sözügedən elektron sistemin tətbiqi Daxili İşlər nazirliyinin təşəbüsü ilə olub və nazirliyin rəhbərliyinin göstərişi əsasında belə bir sistem hazırlınıb: “Bu çox mükəmməl sistemdir. Sürücülər, sığorta işciləri üçün faydalı bir sistem olacaq. Yəni sürücü “forma 4” arayışı üçün heç yerə getmir, tutaq ki yol nəqliyyat hadisəsi baş verib, sığorta və yol polisi də hadisə yerinə gəlib. Avtomobillərə az zərər dəyibsə sürücülər hərəsi öz avtomobilini götürüb gedir və yaxud da hərəsi bir evakuatr çağrıb ustaya  aparırlar. Bütün qeydiyyat işlərini də yol polisi həll edir. Sürücü yenə də vaxt itirmədən sabahısı  gün sığorta sirkəti ilə əlaqə saxlayır və məlum olurki bəli artıq “forma 4” arayışı gəlib. Yol polisi arayışını göndərib, sürücü də elektron formada gedib o ödənişini alır. Yəni 2 və ya 3 həftə arayışı gözləmir. Qapılarda gözləmir, bürokratik əngəllərlə, qanunsuz tələblərlə üzləşmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh