Kürdəxanıda avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 24 Fevral 2020 14:35 Oxunub 1268
Kürdəxanıda avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu RPİ tərəfindən araşdırma aparılır

Bakının Sabunçu rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh