Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 24 Fevral 2020 15:10 Oxunub 833
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 23-də saat 17 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini İslam Quliyevi vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh