Martın 1-dən bu ictimai nəqliyyat pulsuz olacaq

Gündəm 24 Fevral 2020 15:25 Oxunub 790
Martın 1-dən bu ictimai nəqliyyat pulsuz olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir

Qərbi Avropa ölkəsi olan Lüksemburqda martın 1-dən etibarən ictimai nəqliyyat pulsuz olacaq.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu tətbiqə qatar, tramvay və avtobuslar şamil ediləcək. 

Beləliklə, Lüksemburq icimai nəqliyyat pulsuz olduğu ilk ölkə olacaq.

Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir.

Qeyd edək ki, ictimai nəqliyyatın pulsuz edilməsi 2018-ci ildən bəri planlaşdırılır. Bu, tətbiq ölkəyə illik 41 milyon avroya başa gələcək.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh