Rusiyada ağır yol qəzası: 4 ölü, 5 yaralı – FOTO

Qəzalar 24 Fevral 2020 19:49 Oxunub 939
Rusiyada ağır yol qəzası: 4 ölü, 5 yaralı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir ailə məhv oldu

Rusiyanın Udmurtiya Respublikasında iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün günorta saatlarında İqra – Qlazov şosesinin Fakel kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, 1985-ci il təvəllüdlü sürücü idarə etdiyi “Toyota Highlander” markalı minik avtomobillə yolun əks zolağına keçib və qarşıdan gələn 1984-cü il təvəllüdlü sürücünün idarə etdiyi “Lada Xray” markalı minik maşını ilə toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə “Lada”nın sürücüsü və onun 3 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. “Toyota”nın sürücüsü ilə birlikdə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, dünyasını dəyişənlərin hamısı bir ailənin üzvləridir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh