Polis yüksək sürətlə avtomobil idarə edən futbolçunu saxladı

Gündəm 25 Fevral 2020 00:30 Oxunub 806
Polis yüksək sürətlə avtomobil idarə edən futbolçunu saxladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Braziliyalı futbolçunun sürücülük vəsiqəsində 0 xal olub

“Real Madrid” futbol klubunun müdafiəçisi Marselo yüksək sürətlə avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılıb.

Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, bu barədə “El Mundo” xəbər yayıb.

Nəşrin yazdığına görə, futbolçu qaydanı klubun Valdebebas şəhərində yerləşən bazasının yanında pozub. Marselo sürət həddi saatda 120 km/saat təyin olunan yolda avtomobili 134 km/saat sürətlə idarə edirmiş.

Bundan başqa onun sürücülük vəsiqəsində də nöqsan aşkarlanıb. Belə ki, İspaniyada qayda pozuntusuna görə sürücülük vəsiqəsindən müəyyən sayda xal tutulur.

Braziliyalı futbolçunun sürücülük vəsiqəsində 0 xal olub. Xalın olmaması isə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olduğunu göstərir. Marselo, öz növbəsində qaydalar haqqında məlumatsız olduğunu iddia edib.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh