Polis "taksi" ilə beş maşını vurub qaçan sürücünü saxladı - VİDEO

Avtosfer TV 25 Fevral 2020 22:55 Oxunub 1470
Polis "taksi" ilə beş maşını vurub qaçan sürücünü saxladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparılan yoxlama zamanı taksiçinin sərxoş olduğu müəyyən edilib

Rusiyanın Saratov əyalətində sərxoş “taksi” sürücüsünün 5 avtomobili əzmə görüntüləri ətrafda olan bir şəxs tərəfindən mobil telefon vasitəsi ilə görüntülənib. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Engels şəhərində qeydə alınıb.

Kadrlarda, “taksi” sürücüsünün avtomobili arxaya hərəkət etdirdiyi və bir maşını vurduqdan sonra ərazidə yaşayan sakinin onu xəbərdarlıq etdiyi görülür. Taksiçi xəbərdarlığa məhəl qoymayaraq daha bir neçə nəqliyyat vasitəsinə də zərər yetirir, ardınca da hadisə yerindən qaçır.

Bildirilir ki, vətəndaşların şikayətindən sonra sürücü polis əməkdaşları tərəfindən qısa müddət ərzində saxlanılıb və aparılan yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.

Nəticədə sürücünün öz maşını ilə birlikdə, iki “Daewoo Matiz”, “Opel Astra”, “Renault Duster” və “Volkswagen Polo” markalı avtomobillərə zərər dəyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh