Yaxın vaxtlarda Bakıda 3 piyada keçidi istifadəyə veriləcək – Liftləri də olacaq

Yeniliklər 26 Fevral 2020 16:15 Oxunub 1140
Yaxın vaxtlarda Bakıda 3 piyada keçidi istifadəyə veriləcək – Liftləri də olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Şamaxinka” adlanan ərazidə və “Ukrayna dairəsi”-ndəki piyada keçidləri yerüstüdür

Yaxın günlərdə Bakıda 3 piyada keçidi istifadəyə veriləcək. Avtosfer.az xəbər verir ki, bunu ABC.AZ-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib. Agentlik rəsmisi bildirib ki, bunlar “Şamaxinka” adlanan ərazidə, “Ukrayna dairəsi”-ndəki və Heydər Əliyev prosepektlərində tikilən piyada keçidləridir. A.Nəcəfli bildirib ki, sözügedən piyada keçidlərindən ikisində liftlər olacaq: “Bildiyiniz kimi “Şamaxinka” adlanan ərazidə və “Ukrayna dairəsi”-ndəki piyada keçidləri yerüstüdür. Ona görə də orada piyadaların rahatlığı üçün hər bir istiqamətdə liftlər quraşdırılıb. “Ukrayna dairəsi”-ndə tikilən piyada keçidinin hər iki istiqamətində də liftlər hazırdır. Və hər 3 ərazidəki piyada keçidlərində son tamamlanma işləri gedir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh