Bakıda toz dumanı müşahidə olunur

Gündəm 26 Fevral 2020 19:30 Oxunub 715
Bakıda toz dumanı müşahidə olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur

"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib. Onun sözlərinə görə, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir: "Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh