Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib

Gündəm 26 Fevral 2020 19:45 Oxunub 744
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün saat 15:10 radələrindən etibarən

Fevralın 25-də Azərbaycan Prezi­­denti İlham Əliyev və Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib. Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Prezident İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb.

Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib və bu gün saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh