Avtosfer.az | Reklam
Heydər Əliyev Aeroportu bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır - FOTO
Gündəm 26 Fevral 2020 20:00 235 dəfə oxunub
Heydər Əliyev Aeroportu bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş yeganə hava limanıdır

 “Amadeus” şirkətinin İnformasiya texnologiyaları üzrə baş vitse-prezident Bruno Spadanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

Avtosfer.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir

İşgüzar səfər çərçivəsində AZAL prezidenti Cahangir Əsgərov ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni texnologiyaların tətbiqi ilə bağlı məsələlərin müzakirə olunduğu görüş baş tutub. Cahangir Əsgərov qeyd etmişdir ki, ötən il paytaxt aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub.

Yeni “Amadeus” texnologiyaları sayəsində Heydər Əliyev Beynəlxalq Aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə edib.

“Bizim prioritet məqsədlərimizdən biri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının artırılmasıdır. “Amadeus” şirkəti ilə əməkdaşlıq və müasir texnologiyalardan istifadə bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verir”, - Cahangir Əsgərov bildirib.

“Azərbaycan paytaxtının hava limanı müasir aviasiya sənayesində müasir texnologiyalardan istifadənin üstünlüklərinin baris nümunəsidir. “Amadeus”un bulud həllərinin əsas üstünlükləri sırasına xərclərin səmərəli şəkildə optimallaşdırılması və idarə edilməsi imkanları da daxildir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş yeganə hava limanıdır", – Bruno Spada bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

“Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad
E-mail
Şərh