Avtosfer.az | Reklam
Vətəndaşlar yol polisindəki yenilikləri təqdir edir
Yol polisi 27 Fevral 2020 09:54 294 dəfə oxunub
Vətəndaşlar yol polisindəki yenilikləri təqdir edir
Bütün bunlarda tətbiq olunan yeniliklərin xüsusi payı var

Son aylarda Daxili İşlər Nazirliyində, xüsusilə Dövlət Yol Polisi sistemində aparılan islahatlar öz müsbət nəticəsini verib. İstər kadr islahatları, də istərsə də yol polisinin fəaliyyəti insanlar tərəfindən xoş qarşılanır. Avtosfer.az-ın apardığı araşdırma buna əyani misaldır. Xüsusilə yollarda tıxaclar azalması vətəndaş məmnunluğuna səbəb olub. Eyni zamanda cərimə yazmaqdan daha çox maarifləndirmə işləri görən yol polisi rəğbətlə qarşılanır.

Vətəndaşlardan da bu vəziyyətdə öz üzərində məsuliyyət hiss edərək qayda pozmur, əksinə qayda pozanlara qarşı mübarizə apararaq yol polisinin ictimai köməkçilərinə çevrilib. 
Daha çox təqdir olunan hal isə çətinlikdə olan vətəndaşın yanına ilk çatan və ona öz yardım əlini uzadan yol polisinin fəaliyyətidir. Dəfələrlə yolda qalan sürücülərin yanacağını almaqdan tutmuş nasaz avtomobilin təmiri, təkərlərin dəyişməsinə qədər işləri görən, eyni zamanda vəziyyəti pisləşən şəxsləri xəstəxanaya çatdıran yol polislərinə rast gəlinib. Bir müddət əvvəl hətta asfalt örtüyündə yaranan çalanı əlinə bel alaraq dolduran yol polisi insanların xoş sözləri ilə təqdir olunmuşdu. 


AvtosferTV-nin YouTube kanalında yol polisinin fəaliyyəti ilə bağlı yerləşdirilən videolara gələn şərhlər də buna əyani misaldır. Əvvəllər hər hansı bir videoya 10 şərhin 7-i mənfi, 3-ü müsbət olurdusa, artıq bu rəqəm əksinə dəyişib. Eyni zamanda vətəndaşlar özləri də neqativ şərhlər yazanlara etiraz edirlər. 


Bakı şəhər Dövlət Yol Polisi İdarəsində aparılan islahatlar isə öz təsirini xüsusilə göstərir. Belə ki, əvvəllər insanların hər gün saatlarla tıxacda qaldığı ərazilərdə artıq bu problemlər demək olar ki, yoxdur. Dayanma-durma qaydalarının pozulmasına görə, Bakı Nəqliyyat Agentliyi ilə birgə fəaliyyət göstərən yol polisləri tıxacların yaranmasına səbəb olan maneələri aradan qaldırır. 


Qeyd etmək lazımdır ki, paytaxtın ən sıx ərazilərində günün bütün saatlarında yol polislərinin xidmət apardığını şahidi oluruq. İstər tanınmış insanlar, istərsə də sıravi vətəndaşlar bu gün yol polisinin işindən razılıq edir. Təbii ki, bütün bunlarda tətbiq olunan yeniliklərin xüsusi payı var. Düşünürük ki, bu cür start götürən sistem yaxın gələcəkdə ən yüksək səviyyədə fəaliyyət göstərəcək. 

Orxan Əli

ŞƏRH YAZ
Ad
E-mail
Şərh