Şəmkirdə avtomobillə vurulan 5 yaşlı uşaq dünyasını dəyişib

Qəzalar 27 Fevral 2020 12:15 Oxunub 1181
Şəmkirdə avtomobillə vurulan 5 yaşlı uşaq dünyasını dəyişib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Şəmkir rayonu ərazisində azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 26-da saat 16 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini 5 yaşlı Rüstəm Paşayevi vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişin.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh