Estoniyada avtobuslarda gediş haqqı ləğv edildi - ŞOK SƏBƏB

Estoniyada demək olar ki, ölkənin bütün ərazisində ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib. İyulun əvvəlindən Estoniyanın 15 regionun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə edə bilərsiniz, bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib. Simsonnun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki, pulsuz nəqliyyat yüngül avtomobillərin istifadəsini azalda bilər.
2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoymuşdur. Simson-nun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.
Qeyd edək ki, Tallində ictimai nəqliyyat 2013-cü ildən pulsuz olmuşdur – bu ancaq sakinləri üçün nəzərdə tutulmuşdu. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Elgizlə Tolikin verilişi bağlandı
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT










