Avtosfer.az | Reklam
Alimlər havasız yaşaya bilən canlı aşkarlayıb
Maraqlı 27 Fevral 2020 19:17 602 dəfə oxunub
Alimlər havasız yaşaya bilən canlı aşkarlayıb
Qızılbalıqda tapılan parazitin adı "Henneguya salminicola"dır

Alimlər yaşamaq üçün havaya ehtiyacı olmayan çoxhüceyrəli orqanizm aşkar ediblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tel-Əviv Universitetinin press-rezilində deyilir. Qızılbalıqda tapılan parazitin adı "Henneguya salminicola"dır.

Araşdırma zamanı alimlər parazitdə mitoxodrial genomun olmadığını tədqiq ediblər. Bu o deməkdir ki, orqanizmin yaşaması üçün hava şərt deyil. Daha öncə məhdud oksigen miqdarı şəraitində sağ qala bilən orqanizmlərin olduğu bilinirdi, ancaq bu, tamamilə oksigensiz yaşaya bilən ilk çoxhüceyrəli canlıdır. “Henneguya salminicola”nın təkamül nəticəsində mitoxondrilərini itirdiyi güman edilir. Araşdırmaçılar onların kəşflərinin nəinki yerdə, həm də kosmik həyat anlayışına da təsir edəcəyinə əmindirlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh