Bərdədə traktor aşdı, sürücü yaralandı - FOTO

Qəzalar 28 Fevral 2020 14:50 Oxunub 756
Bərdədə traktor aşdı, sürücü yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az "Report"un Qarabağ Mərkəzinə istinadən məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Belarus" markalı traktor idarəetməni itirərək iki qoşqusu ilə birgə aşıb. Nəticədə sürücü, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh