Ötmə edən “Toyota” “Qazel”lə toqquşdu: 2-si yanaraq, 3-ü isə aldığı xəsarətlərdən öldü – FOTO + VİDEO

Avtosfer TV 28 Fevral 2020 15:10 Oxunub 1257
Ötmə edən “Toyota” “Qazel”lə toqquşdu: 2-si yanaraq, 3-ü isə aldığı xəsarətlərdən öldü – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Rusiyanın Kemerov əyalətində baş verib

Rusiyanın Kemerov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident fevralın 28-də səhər saatlarında Lenininsk-Kuzneçkiy – Novokuzneçk trasında qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “Toyota Noah” markalı mikroavtobus ötmə əməliyyatını yerinə yetirən zaman yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Zərbənin şiddətindən hər iki maşında güclü yanğın başlayıb.

Nəticədə “Qazel”in sərnişini yanaraq, “Toyota”nın sürücüsü ilə 2 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. “Qazel”in sürücüsü özünü yanan maşından kənara atsa da, o, aldığı çoxsaylı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh