“Subaru” 32 ədəd “XV” geri çağırır

Avtoxəbər 28 Fevral 2020 20:45 Oxunub 1253
“Subaru” 32 ədəd “XV” geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb təhlükəsizlik kəmərlərindəki qüsurdur

Yaponiya şirkəti “Subaru”, təmir üçün Rusiya bazarlarından 32 ədəd “XV” krossoverlərini geri çağırır. Avtosfer.az xəbər verir ki, buna səbəb zavodda istehsal zamanı quraşdırılmış qüsurlu təhlükəsizlik kəmərləridir. Bu barədə “Rosstandart” məlumat yayıb.

Qeyd edilir ki, çağırış 2019-cu ildən bu günə kimi rəsmi dilerlərdən alınan bütün avtomobillərə şamil edilir.

Şirkət “Subaru XV” krossover sahiblərini məlumatlandırır ki, təmirə düşən avtomobili ən yaxın servis mərkəzlərinə gətirərək, sözü gedən qüsuru pulsuzu yenisi ilə əvəzləyə bilərlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh