Bakı Metrosunda koronavirusla bağlı profilaktik tədbirlər - FOTO

Gündəm 28 Fevral 2020 23:15 Oxunub 1598
Bakı Metrosunda koronavirusla bağlı profilaktik tədbirlər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək

Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.

Avtosfer.az-ın məlumatına görə Bakı Metropoliteni QSC-dən “Report”a bildirilib ki, bu gecə "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq.

Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.

Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh