Tələsən sürücülər yolda tıxacı belə yaradır: DYP-nin nəzərinə - VİDEO

Qaydalar 29 Fevral 2020 23:45 Oxunub 2054
Tələsən sürücülər yolda tıxacı belə yaradır:  DYP-nin nəzərinə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekologiya postunun əməkdaşları nəzarət etmir

Bakı-Sumqayıt yolunda təmir-tikinti işləri getdiyi üçün yolda sıxlıq yaranır. Avtosfer.az xəbər verir ki, sıxlıq gün ərzində hər iki istiqamətdə qeydə alınır. Sürücülər qayda pozmaqla yaranmış sıxlığı dahada artıraraq yolda tıxaca səbəb olurlar. Belə ki, qeyd etdiyimiz yolun üzü şəhər istiqamətində olan hissəsindəki təpəcik söküldüyü üçün onun yanında quraşdırılmış nəzarət kamerası da oradan götürülüb. Kamerayla nəzarət dayandırıldığı üçün sürücülər yola çəkilmiş 1.11 xəttinin tələbini qadağan olunmuş hissədən pozaraq, yəni sağdan sola keçərək sol zolaqlardakı sürücülərin yolunu kəsirlər. Sürücülər qayda pozduğu üçün yolda hərəkər demək olar ki, tamamilə dayanır.

Yaxşı olardı ki, ekologiya postunun əməkdaşları həmin ərazidə xidmət apararaq qayda pozan sürücüləri məsuliyyətə cəlb etsinlər. Əgər məsuliyyət tədbirləri görülməzsə yolda tıxac daha da artacaq.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh