Avtosfer.az | Reklam
"Parkovşik" avtomobili yolun ortasına atıb getdi - VİDEO
Oxucu məktubları 4 Mart 2020 10:30 359 dəfə oxunub
"Parkovşik" avtomobili yolun ortasına atıb getdi - VİDEO
Bu cür şəxslərə avtomobilinizi etibar etməyin

Paytaxtda qanunsuz parklanma xidməti ilə məşğul olan şəxsin görüntüsü kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə həmin şəxs martın 3-də ona etibar edilmiş "BMW" markalı avtomobili yolun ortasında park edərək çıxıb gedir. Görüntü Xaqani bağının yanında qeydə alınıb. Həmin ərazidə parklanma qaydası pozulduğu üçün uzun tıxaclar yaranır. 

Sürücülərə öncə tövsiyə edirik ki, avtomobillərini qadağan olunmamış yerdə park etsinlər və daha sonra tanımadıqları şəxslərə avtomobillərini etibar etməsinlər. Bu cür şəxslər avtomobilinizlə ele bir hərəkət edə bilər ki, sabah hüquq problemi içində qala bilərsiniz.


Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh