İsmayıllıda texnikalar yaz tarla işlərinin başlamasına hazırlanır - FOTO

Öyrənək 4 Mart 2020 14:14 Oxunub 1751
İsmayıllıda texnikalar yaz tarla işlərinin başlamasına hazırlanır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texnikaların mövsümi işlərə hazırlanması üçün tövsiyələr verilib

Martın 3-də İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) texniki nəzarətin təşkili üzrə baş məsləhətçisi Alim Aslanov tərəfindən İsmayıllı rayonunda qrafikə əsasən növbəti təlim keçirilib. Avtosfer.az xəbər verir ki, təlimdə yaz tarla işlərinin başlaması ilə əlaqədar olaraq texnikaların mövsümi işlərə hazırlanması üçün təmir briqadalarına tövsiyələr verilib. Mexanizatorlar müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə təlimatlandırılıb. Təlim 12 nəfərin iştirakı ilə keçirilib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh