Avtosfer.az | Reklam
Aldığı maşının "motor"u 2 saat sonra dağıldı: vətəndaşa qarşı DƏLƏDUZLUQ? - FOTO
Oxucu məktubları 4 Mart 2020 14:45 6507 dəfə oxunub
Aldığı maşının "motor"u 2 saat sonra dağıldı: vətəndaşa qarşı DƏLƏDUZLUQ? - FOTO
Vətəndaş ona qarşı edilmiş dələduzluğun polis tərəfindən obyektiv araşdırılacağına ümid edir

Bakı şəhər sakini Akif Əsədovun başına qəribə olay gəlib. Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, 3 mart tarixində Sumqayıt şəhər sakini Nicat Sehruz oğlu Zakirovdan 99 PX 717 (99 ME 305 köhnə nömrə) dövlət nömrə nişanlı, “Volswagen Passat CC” (2010-cu il) markalı avtomobili lizinq şərti ilə etibarnamə ilə 6 min manat nağd və 7 min 500 manat lizinq olmaqla pul ödəyərək alıb. Lakin cəmi 2 saat sonra avtomobilin mühərriki sıradan çıxıb.

Avtomobil Sumqayıt şəhərində yerləşən servislərdən birində satan şəxsin tanışı olan usta tərəfindən yoxlanılıb. Amma mühərrik mexaniki olduğu üçün kompüterdə problem “aşkar edilməyib. “Avtomobili Nicat özü sürərək Bakıya gəldi. Lizinq məsələləri həll olunduqdan sonra avtomobili iş yerimin qarşısında saxladım. İşdən çıxıb evə gedəndə isə avtomobilin mühərriki sıradan çıxdı.”

İndi Akif çətin durumda qalıb. Çünki mühərrikin yenidən yığılması üçün yüksək məbləğdə pul lazımdır. Avtomobili satan Nicat Zakirov isə zərərçəkmişə dəymiş ziyanı ödəmək istəmir. “Ona məxsus olan 055 767 53 52 nömrəsinə zəng edib bildirdim ki, avtomobilin mühərriki sıradan çıxıb. Nicat "mənlik deyil, mən maşını satmışan, gerisini özün bilərsən" deyərək telefonu söndürdü.”

Akif Əsədov məsələ ilə bağlı Xətai rayon 37-ci polis bölməsinə rəsmi qaydada ərizə ilə müraciət edib. İndi aidiyyəti qurumlardan məsələyə hüququ qiymət verilməsini və avtomobilin geri qaytarılmasını tələb edir.

Vətəndaş ona qarşı edilmiş dələduzluğun obyektiv araşdırılacağına ümid etdiyini də bildirib.

Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, Mülkü Məcəlləyə əsasən, alıcı ilə satıcı arasında qarşılıqlı anlaşma olmazsa birinci məhkəməyə müraciət edək bağlanmış müqavilənin ləğv edilməsini və pulun geri qaytarılmasını tələb edə bilər. Eyni zamanda, yaranmış problemin satıcı tərəfindən həll edilməsi, yəni, mühərrikin təmir olunmasını, yaxud bunun müqabilində tələb olunan məbləğin alıcıya ödəməsini də məhkəmə yolu ilə təmin etmək hüququ var.

 

Orxan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh