TƏHLÜKƏ: Bakıda avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

Bakıda daha bir sərnişin avtobusu qaydaları kobud şəkildə pozub. Sürücü avtobusu qapısı açıq idarə edib, ön və arxa qapılardan sərnişinlər sallanaraq gedib. Daha dəhşətlisi isə budur ki, qoşa xəttin tələbini pozan avtobus qarşı yola çıxaraq sürətlə irəliləyib.
105 saylı avtobusun sürücüsü qaydaları kobud şəkildə pozub.
Tıxacda səbri çatmayan sürücü əks yola çıxıb. Hələ bu azmış kimi qapısı açıq şəkildə sərnişin daşıyıb. Bir neçə sərnişin də qapıdan sallanaraq gedib.
Kadrlar ötən gün axşam saatlarında Zabratdan Balaxanıya dönən yolda sürücülərdən biri tərəfindən çəkilib. Aydın olur ki, sərnişinlərin həyatını təhlükəyə atan avtobus 105 saylı xəttə aiddir və avtobusun dövlət qeydiyyat nişanı 90-rb-466-dır.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, həmin sürücü eyni anda iki qayda pozuntusu edib.
Ekspert deyir ki, həmin sürücü hüquq mühafizə orqanları tərəfindən müəyyən edilərək cərimə edilməlidir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, görüntülər araşdırılıb və xəttin müvəqqəti daşıyıcısı, ''Azlənd MMC''nin rəhbəri Azadxan Xanməmmədov agentliyə çağırılıb və müvafiq göstərişlər verilib. Əgər daşıyıcı təərəfindən təsirli tədbirlər görülməsə, onunla bağlanan müqaviləyə xitam veriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin görüntülər araşdırılacaq və qaydaları pozan şəxs cərimələnəcək.
Gültən
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Elgizlə Tolikin verilişi bağlandı
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT








