Azərbaycan "biznes klass" avtomobillərin kütləvi istehsalına başlayır - FOTO

Avtoxəbər 5 Mart 2020 11:25 Oxunub 4286
Azərbaycan "biznes klass" avtomobillərin kütləvi istehsalına başlayır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır

Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda "biznes klass" sinfinə daxil olan avtomobilin kütləvi satışı üçün yığımına başlanacaq.

Avtosfer.az xəbər verir ki, bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"nin təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil  avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC"nin qiyməti modifikasiyasından asılı olaraq 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".

"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh