Sürücülük imtahanından 10 dəqiqə sonra maşını çayda batırdı - VİDEO

Avtoxəbər 5 Mart 2020 14:25 Oxunub 1230
Sürücülük imtahanından 10 dəqiqə sonra maşını çayda batırdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb sürücüyə gələn təbrik mesajları olub

Sürücülük imtahanından 10 dəqiqə sonra avtomobilini çayda batırdı.“Uniland”ın məlumatına görə, hadisə Çinin Quyçjou əyalətində baş verib. Bildirilir ki, qəzaya səbəb sürücüyə gələn təbrik mesajları olub. Sükan arxasında telefona gələn mesajlara baxan sürücünün fikri bir anlıq dağılıb və o, körpüdə qarşısına çıxan iki nəfəri gec görüb.

Təşvişə düşən sürücü əyləci basmaq əvəzinə sükanı sola çevirib. Nəticədə maşın körpüdən aşaraq çaya düşüb.

Sürücü maşından çıxa bilib. Yoldan keçənlər onu quru geyimlə təmin ediblər. Avtomobili isə polislər qaldırıcı kranın vasitəsi ilə çıxarıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh