Bu sürücülər kameranı və yol polisini saymır - VİDEO

Qaydalar 6 Mart 2020 15:10 Oxunub 1664
Bu sürücülər kameranı və  yol polisini saymır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gün ərzində onlarla sürücü svetoforun tələbinə riayət etmir

Xırdalanda svetoforun qırmızı işığında hərəkət edən daha iki sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, martın 2-i Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində hərəkət edən 99-UN-044 qeydiyyat nişanlı "BMW" markalı və Heydər Əliyev prospektində hərəkət edən 10-UR-408 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında hərəkət edərək təhlükə yaradıblar. Qeyd edək ki, Xırdalan şəhərinin bu kəsişməsində gün ərzində onlarla sürücü svetoforun tələbinə riayət etmir. Bu sürücülər nə kameradan, nə də yol polisindən çəkinir. 

Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi həmin sürücülərin məsuliyyətə cəlb edilməsi ilə bağlı ciddi göstəriş verəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh