Taksi minik avtomobilləri dezinfeksiya olunur - FOTO

Avtoxəbər 6 Mart 2020 16:50 Oxunub 1611
Taksi minik avtomobilləri dezinfeksiya olunur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb

Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur. Avtosfer.az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb. Diqqətə çatdırılıb ki, koronovirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.  

Növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salono, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh