Yol polisi belə olar - FOTO

Gündəm 1 İyun 2015 12:15 Oxunub 1546
Yol polisi belə olar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbəb isə "nəqliyyat vasitəsinin uyğunsuz yerdə park edilməsi" idi

Bakıda yol polisinin sürücüləri cərimələməsi ilə bağlı narazılıqlar var və sürücülər polislərin sərtliyindən şikayətlənirlər.

Halbuki polislər qanunun tələblərinə riayəti tələb edirlər. Paytaxtın ən ciddi problemlərindən biri də maşınlarını harada gəldi, necə gəldi saxlayan sürücülərdir.

Britaniyada belə sürücülərlə çox sərt davranırlar və Bakıdakı "sərt"lik Britaniya polisinin qətiyyəti ilə müqayisədə supermülayimlik sayıla bilər.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Lids şəhərində yol polisi şəhərin mərkəzi küçələrindən birində, səkinin yanında saxlanmış bağ arabasının sahibini cərimələyib. Səbəb isə "nəqliyyat vasitəsinin uyğunsuz yerdə park edilməsi" idi.

Onun yazdığına görə, Lids Şəhər Şurası belə "qanun pozuntu"ları ilə ciddi mübarizə aparır və polislərə də uyğunsuz yerdə park edənlərə ən ağır maliyyə cəzalarının verilməsini tapşırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh