"Qırmızı"dan keçən “VAZ” “Toyota”ya çırpıldı: 2 yaralı - FOTO + VİDEO

Avtosfer TV 10 Mart 2020 08:15 Oxunub 1590
"Qırmızı"dan keçən “VAZ” “Toyota”ya çırpıldı: 2 yaralı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident martın 8-də Samara şəhərində qeydə alınıb

Rusiyanın Samara şəhərində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident martın 8-də Nekrasovsk küçəsində qeydə alınıb.

Məlumata görə, 24 yaşlı sürücü idarə etdiyi “VAZ-2105” markalı avtomobillə, hərəkətdə olan zaman svetoforun qırmızı işığından keçərək “Toyota RAV4” və “Nissan Almera” markalı minik maşınları ilə toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinin ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə “VAZ”-ın və “Toyota”-nın sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh