Avtosfer.az | Reklam
Bu prospektə parklanmaya icazə vermək olar, amma... BNA-nın diqqətinə - VİDEO
Yazarlar 10 Mart 2020 14:30 1030 dəfə oxunub
Bu prospektə parklanmaya icazə vermək olar, amma...  BNA-nın diqqətinə - VİDEO
Sağ zolaqda bir cərgə üzrə paralel parklanmaya icazə verilməlidir

Paytaxtın Neftçilər prospektinin demək olar ki, bütün hər yerində dayanma durma qadağan olunub. Dayanma durmanın qadağan olunmasına səbəb odur ki, günün pik saatlarında həmin yolda sıxlıq və tıxac yaranmasın. Lakin prospektin elə hissəsi var ki, həmin hissədə sağ zolaqda avtomobillər hərəkət etmir. Kukla Teatrının yanında yol 3 zolaqdan ibarətdir. Bir az qarşıya getdikdən sonra Muzey Mərkəzinə çatmamış yol genişlənərək 5 zolağa çevrilir. Yol genişlənən hissədə sürücülər sağ zolaqla hərəkət etmədiyi üçün həmin zolağı bir cərgədə paralel dayanma durma üçün ayırmaq olar. Bulvara gələn sakinlər və yaxud həmin ərazidə adam mindirib düşürmək istəyən sürücülər qanunları pozmadan dayanmaq üçün yer tapa bilmirlər. 

Axşam saatlarında həmin ərazidə qanunsuz olaraq yolun sağ zolağında avtomobillər parklanır. Hətta sürücülər avtomobillərini səkiyə çəpəki park edərək qaydaları pozurlar. Yaxşı olardı ki, Bakı Nəqliyyat Agentliyi prospektin qeyd etdiyimiz hissəsində bir cərgədə səkiyə paralel parklanmasına icazə versin.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh