Avtosfer.az | Reklam
Bakıda 7 zolaqlı yolu 3 zolağa saldılar - Biabırçılıq - VİDEO
Yazarlar 11 Mart 2020 10:45 693 dəfə oxunub
Bakıda 7 zolaqlı yolu 3 zolağa saldılar  - Biabırçılıq - VİDEO
Tikinti normalara zidd şəkildə aparılıb

Paytaxtın Neftçilər prospektində ("Dəniz Vağzalı"nın yanında) yeni tikilmiş binalar və onun qarşısındakı həyət ərazisi yolun hərəkət hissəsini daraldıb. Avtosfer.az xəbər verir ki, Neftçilər prospekti 7 zolaqdan ibarətdir. Lakin dəniz vağzalının yanında tikilmiş yeni binaların yanında yol 5 zolağa keçir. Bir az qarşıda isə sol zolaqda avtomobillər park edildiyi üçün yol 3 zolağa çevirilir. Kövkəb Səfərəliyeva küçəsindən gələn nəqliyyat vasitələrinin həmin nöqtədə Neftçilər prospektinə birləşməsini də nəzərə alsaq yolun daralmasını daha aydın hiss edəcəyik.

Paytaxtda və onun ətrafında məskunlaşma sıxlaşdıqdan sonra Neftçilər prospekti də Bakı-Sumqayıt yolunun vəziyyətinə düşəcək. 
Qeyd etdiyimiz nöqtədə qum saatı effekti yarandığı üçün gələcəkdə Bakı-Sumqayıt yolundakı kimi tıxacların, ləngimələrin yaranmasına gətirib çıxaracaq. Bu tıxacların qarşını almaq üçün isə yolun genişləndirilməsi işlərinə dövlət tərəfindən böyük maliyyə vəsaiti ayrılacaq. Bu vəsaitin ayrılmaması və ayrıca təmir işlərinin aparılmaması üçün vaxtında qeyd etdiyimiz məsələlər dövlət qurumları tərəfdən nəzərə alınmalı və yeni tikilmiş binaların yoldan kənarda tikilməsinə icazə verilməli idi. 


Fərid

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh