Avtosfer.az | Reklam
New York avtosalonu koronavirus səbəbindən təxirə salındı
Avtodünya 11 Mart 2020 14:20 629 dəfə oxunub
New York avtosalonu koronavirus səbəbindən təxirə salındı
Sərgi aprel ayında keçirilməli idi, lakin Çin virusunun qurbanı oldu

Koronavirusun yayılması səbəbindən sərginin tarixi New York Motor Show təşkilatçıları tərəfindən rəsmi olaraq dəyişdirildi. Əvvəlcə şounun aprelin 10-dan -19-dək keçirilməsi nəzərdə tutulurdu. Lakib, indi yeni tarixlər açıqlanıb - 28 avqust - 6 sentyabr.

"Ziyarətçilərimizi və iştirakçılarımızı koronavirusdan qorumaq üçün bu cür fövqəladə tədbirlər gördük" qeyd etdi, New York Auto Show-a sahib olan və fəaliyyət göstərən təşkilatın prezidenti Mark Schinberg. "Son tarixləri təxirə salmaq qərarı asan deyildi, lakin əsas prioritetimiz bu tarixi hadisənin bütün iştirakçılarının sağlamlığı və rifahıdır."
Bu, koronavirus Covid-19-un təsiri altına düşən ikinci böyük beynəlxalq avtosalondur. İsveçrə hökuməti mindən çox insanın iştirak etdiyi sərqinin keçirilməsini qadağan etdiyi üçün Cenevrə avtosalonu ləğv edildi.

Son məlumata görə, ABŞ-da mindən çox insan koronavirusa yoluxmuş, 31 nəfər ölmüşdür. Əksər hallarda Vaşinqton (279 yoluxmuş), Kaliforniya (178) və Nyu-York (173) ştatlarında aşkar edilmişdir.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad
E-mail
Şərh