Avtosfer.az | Reklam
Maşın bazarında alverçilər istədikləri kimi "at oynadır" - ÖZBAŞINALIQ
Avtobazar 12 Mart 2020 15:21 850 dəfə oxunub
Maşın bazarında alverçilər istədikləri kimi "at oynadır" - ÖZBAŞINALIQ
Yaz aylarında avtomobil bazarında “ikinci əl” maşınların qiyməti bahalaşacaq

“Yaz aylarında avtomobil bazarında “ikinci əl” maşınların qiyməti bahalaşacaq”. Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin avtomobil bazarında “ikinci əl” maşınların satışı ilə bağlı mövcud vəziyyəti şərh edən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə, mövcud şəraitdə avtomobil bazarında hökm sürən özbaşınalıq vətəndaşların aldadılaraq, maddi zərərlə üzləşmələrinə səbəb olur: “Son illər “ikinci əl” avtomobillərə tələbat yüksəlib. Bu tələbatdan istifadə edən dəllallar xarici ölkələrdən ucuz qiymətə vurulmuş, əzilmiş maşınları alaraq, təmir etdirir və vətəndaşlara baha qiymətə satırlar.

Həmin dəllallar avtomobil bazarında qiymətləri öz maraqlarına uyğun şəkildə müəyyən etməklə, bazarda at oynadırlar. Ona görə də, avtomobil bazarına dövlət nəzarətinin artırılmasına ehtiyac var.

Eyni zamanda, ölkəyə gətirilən avtomobillərin böyük hissəsi Gürcüstandan idxal olunur və bu, arzuolunan hal deyil. Azərbaycana gətirilən avtomobillərin birbaşa istehsal olunduğu ölkələrdən alınması daha məqsədəuyğundur. Bununla yanaşı, gömrük rüsumlarının azaldılması da avtomobil bazarında qiymətlərə təsir göstərə bilər”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh