Sağ əvəzinə sola baxan piyadanı maşın belə vurdu - REAL VİDEO

Avtosfer TV 13 Mart 2020 11:10 Oxunub 1847
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Piyada məsuliyyətsizliyi qəzalara səbəb olan əsas amillərdən biridir"

Bakıda bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, magistral yolda, günün qaranlıq vaxtında yolu keçən piyada maşın gələn istiqamətə deyil, əks tərəfə baxır. Eyni zamanda sürücü də piyadanı gec görür nəticədə qəza baş verir. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bir çox hallarda piyada məsuliyyətsizliyi qəzalara səbəb olur. "Piyadalar yolu düzgün yerdən keçmir, eyni zamanda yolu keçmə qaydalarına da riqyət etmirlər. Həmçinin sürücülər də sükan arxasında diqqətsiz olur. Nəticədə qəzalar baş verir."

Vaqif Əsədov bildirib ki, piyadavurma hadisələri yol polisini ciddi şəkildə narahat edir. "Təbliğatı çoxaltmaq, hər gün bundan danışmaq lazımdır. Düşünürəm ki, mətbuat da bu istiqamətdə yol polisinə dəstək olmalıdır."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh