Özünü polis kimi təqdim edib quldurluq edən azərbaycanlı tutuldu - VİDEO

Avtosfer TV 13 Mart 2020 16:20 Oxunub 1295
Özünü polis kimi təqdim edib quldurluq edən azərbaycanlı tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rahib Sadıx hadisə yerindən qaçdığı avtomobillə birgə yaxalanıb

Türkiyənin İstanbul şəhərində özünü polis kimi təqdim edib quldurluq yolu ilə qadının pulunu və çantasını əlindən alan azərbaycanlı həbs edilib. Avtosfer.az xəbər verir ki, insident martın 8-də Kadıköy rayonunun Feneryolu məhəlləsində qeydə alınıb. Məlumata görə, 44 yaşlı Özbəkistan vətəndaşı Gülşənov D. səkidə gedərkən arxadan gələn bir şəxs özünü polis kimi təqdim edib və onun ölkə ərazisində yaşayış üçün icazəsinin olub-olmadığına baxıb. Sonra isə qadının 1,320 lirə pulunu zor tətbiq edərək əlindən alıb. Çantasını da almaq istəyən şəxs əvvəlcə buna nail ola bilməyib. Ancaq sonra qadını maşına dəvət edib. Şübhəli ön sərnişin kreslosuna oturmaq istəyən qadının çantasını götürərək maşını hərəkətə gətirib. Çantasını vermək istəməyən qadın bir müddət avtomobildən sallanaraq yerdə sürüklənib.

Bundan sonra Gülşənov D. hadisə barədə polisə şikayətlə müraciət edib.

Kadıköy Rayon Polis İdarəsinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb. Təhlükəsizlik kameralarını araşdıran əməkdaşlar hadisəni Azərbaycan əsilli 39 yaşlı Rahib Sadıx S. adlı şəxs tərəfindən törətdiyini müəyyən ediblər.

Rahib Sadıx həmin gün hadisə yerindən qaçdığı avtomobillə birgə Fatih rayonunda yaxalanıb.

Hakim qarşısına çıxarılan Rahib həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh