Avtosfer.az | Reklam
"Formula 1" rəhbərliyi daha iki yarışı təxirə saldı - RƏSMİ
Yarışma 13 Mart 2020 17:20 245 dəfə oxunub
"Formula 1" rəhbərliyi daha iki yarışı təxirə saldı - RƏSMİ
Təşkilatçılar koronavirus pandemiyasının geniş miqyasda yayılmasına görə bu addımı atıb

"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb. Avtosfer.az-ın məlumatına görə "Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, təşkilatçılar koronavirus pandemiyasının geniş miqyasda yayılmasına görə bu addımı atıb. Bəhreyn Qran-prisi 20-22 martda, Vyetnamdakı yarış isə 2-5 apreldə baş tutmalı idi.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. 5-7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh