Dağüstü parkda "avtoş"luq edən 4 nəfər saxlanıldı, 30 gün həbs - VİDEO

Avtosfer TV 18 Mart 2020 17:40 Oxunub 1667
Dağüstü parkda "avtoş"luq edən 4 nəfər saxlanıldı, 30 gün həbs - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar axşam saatlarında Dağüstü parkda avtoxuliqanlıq ediblər

İki gün əvvəl Bakının Dağüstü park ərazisi yaxınlığında bir neçə sürücünün avtoxuliqanlıq etdiyinə dair sosial şəbəkədə məlumatlar yayılıb. Vətəndaşların müraciəti əsasında ərazidə gücləndirilmiş iş rejiminə keçən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb. Avtosfer.az xəbər verir ki,  bu barədə oxu.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, vətəndaşların şikayəti əsasında sözügedən ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən fakt təsdiqini tapıb: “Məlum olub ki, axşam saatlarında Dağüstü park ərazisində sürücülər avtoxuliqanlıq ediblər. Yol hərəkətini kobud şəkildə pozaraq, avtoxuliqanlıq edən 4 nəfər şəxs müəyyən edilərək saxlanılıb. Onlar barəsində aidiyyəti üzrə 30 sutkaya qədər həbs qərarı verilib. Hazırda həmin şəxslər cəzalarını çəkirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh