Kamran Əliyev: “Axı biz hələ iki gün öncə məlumat vermişdik ki...”

Yol polisi 19 Mart 2020 14:15 Oxunub 1342
Kamran Əliyev:                            “Axı biz hələ iki gün öncə məlumat vermişdik ki...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geri qaytarılan avtomobil sürücülərinin əsas arqumentləri hava şəraiti ilə əlaqədardır

"Bu saatlara qədər rayonlardan Bakıya gələn 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb”.

Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, 100-dən yuxarı avtomobilin isə istiqaməti dəyişdirilib:

"Geri qaytarılan avtomobil sürücülərinin əsas arqumentləri hava şəraiti ilə əlaqədardır. Deyirdilər ki, "hava şəraiti pisdir, yollar pis gündədir”. Martın 18-də hava bir az yağmurlu idi. Amma yolda heç bir problem yoxdur. Axı biz hələ iki gün öncə məlumat vermişdik ki, martın 18-dən günorta saatlarından sonra çalışın yola çıxmayın. Çünki ləngiyə bilərsiniz, təyin olunan vaxta çata bilməyəcəksiniz. Odur ki, vaxtında yola çıxmayanlar postlardan geri qaytarılır”.

 Kamran Əlyev bildirib ki, yük avtomobillərinin Bakıya girişində heç bir məhdudiyyət yoxdur.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh