Yevlaxda yol qəzası oldu, xəsarət alanlar var

Qəzalar 21 Mart 2020 20:45 Oxunub 1074
Yevlaxda yol qəzası oldu, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar xəstəxanaya çatdırılıb

Yevlax şəhərində xəsarətlə nəticələnən avtomobil qəzası olub.

Avtosfer.az-ın "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, hadisə şəhər avtovağzalı yaxınlığında qeydə alınıb. 

"Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Minayə Yaqub qızı Babayeva və 1961-ci il təvəllüdlü Ətrabə Məmmədhüseynova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh