Füzulidə 2 avtomobil toqquşub, sürücülərdən biri ağır xəsarət alıb

Qəzalar 23 Mart 2020 01:00 Oxunub 1779
Füzulidə 2 avtomobil toqquşub, sürücülərdən biri ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı Bakıya, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib

Füzuli rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Balabəhmənli kəndində qeydə alınıb.

Kənd ərazisində "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.

Yaralı Bakıya, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, qabırğaların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh