Yol polisi sürücülərə spirt, maska və əlcək paylayıb - FOTO

Yol polisi 23 Mart 2020 13:30 Oxunub 1302
Yol polisi sürücülərə spirt, maska və əlcək paylayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis həmin şəxslərə ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə edib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikamızda həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.

Avtosfer.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər.

Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh