Sumqayıtda mikroavtobus "KamAZ"-a çırpılıb, 6 nəfər xəsarət alıb - FOTO

Qəzalar 23 Mart 2020 15:45 Oxunub 1024
Sumqayıtda mikroavtobus "KamAZ"-a çırpılıb, 6 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər

Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford" markalı mikroavtobusu "KamAZ" markalı yük maşını arxadan vurub.

Qəza nəticəsində mikroavtobusda olan 1974-cü il təvəllüdlü Lalə Salahova, 1975-ci il təvəllüdlü İlhamə Əliyeva, 1984-cü il təvəllüdlü Ramin Ağamirov, 1995-ci il təvəllüdlü Eldəniz Vəliyev, 1961-ci il təvəllüdlü Məlahət Cavadova və Əfruz Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh