Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qəzalar 24 Mart 2020 19:10 Oxunub 787
Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, qəza şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki “Mercedes-Benz” markalı avtomobili toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarında dayanacaqda avtobus gözləyən 2000-ci il təvəllüdlü şəhər sakini Ramin Abbasovu vurub. Xəsarət alan 20 yaşlı gənc xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh