Avtosfer.az | Reklam
Qəzaya düşən sərxoş sürücü bütün ölkəni güldürdü - MARAQLI VİDEO
Avtosfer TV 26 Mart 2020 11:26 1102 dəfə oxunub
Qəzaya düşən sərxoş sürücü bütün ölkəni güldürdü - MARAQLI VİDEO
Ön sağ təkərinin qopmasına baxmayaraq asfaltı qazaraq qəza yerindən qaçıb

Antaliyada sərxoş halda yol qəzası tördən Bəkir adlı vətəndaş sosial mediada fenomen olub. Avtosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onunla toqquşan digər sürücüyə, "Korona virusundan qaçırsan" deyən Bəkirin "Məni öldürməyə çalışdı, indi evdə yatırdım. O, məni vurdu" sözləri ictimai mediada gülüş obyektinə çevrilib.

Qeyd edək ki, Bəkirin idarə etdiyi yük maşını, Niyazi adlı şəxsin avtomobili ilə toqquşub. Qəza nəticəsində ön sağ təkərinin qopmasına baxmayaraq asfaltı qazaraq qəza yerindən qaçan Bəkir təxminən 700 metr irəlidə yol kənarında polislər tərəfindən saxlanılıb. Hadisə yerinə gətirilən Bəkirin ağır dərəcədə sərxoş olduğu üzə çıxıb. Amma maraqlıdır ki, Bəkir digər sürücünü günahlandırıb. Videonu təqdim edirik:

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh