Qatarların hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı - RƏSMİ

Gündəm 27 Mart 2020 19:30 Oxunub 649
Qatarların hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı                        - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.  Avtosfer.az xəbər verir ki, bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh