Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı - FOTO

Gündəm 28 Mart 2020 11:45 Oxunub 978
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir

Şəkidə karantin rejimi ilə bağlı rayona giriş-çıxış məhdudlaşdırılıb

DİN Mətbuat Xidmətinin Şəki regional  qrupundan Avtosfer.az-a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Şəki rayonunda da davam etdirilir.
Xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı rayonda giriş çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin sürücüləri, sərnişinlər, həmçinin piyadalar yoxlanılır. Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.
Həmçinin rayon ərazisində, küçə və prospektlərdə dezinfeksiya işləri həyata keçirilir, rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh