Qəza törədib qaçan “Toyota” avtobusla toqquşdu: 3 ölü, 2 yaralı - ANBAAN VİDEO (Yenilənib)

Qəzalar 31 Mart 2020 20:00 Oxunub 1198
Qəza törədib qaçan “Toyota” avtobusla toqquşdu: 3 ölü, 2 yaralı - ANBAAN VİDEO (Yenilənib)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Martın 28-də Rusiyanın Kemerov əyalətində 3 nəfərin ölümü, 2 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, kadrlarda qəza törədərək hadisə yerindən qaçan “Toyota Vista” markalı avtomobilin yolun əks istiqamətinə çıxaraq hərəkət etdiyi və bu zaman öz yolu ilə gedən başqa bir maşının sürücüsünün sayıqlığı nəticəsində daha bir qəzadan sovuşduğu görülür. Ancaq “Toyota”nın sürücüsü ikinci qəzadan qurtulsa da, avtobusla toqquşmaqdan yayına bilmir.

 

**** 28 Mart 2020 18:37 *****

Rusiyanın Kemerov əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 28-də Kiselevsk rayonu ərazisində qeydə alınıb. Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, “Toyota Vista” markalı minik avtomobili başqa bir minik maşını ilə qəza törədib. Bubdan sonra hadisə yerindən qaçmaq istəyən “Toyota”nın sürücüsü sükan idarəetməsini itirərək əks istiqamətə çıxıb və qarşıdan gələn şəhərlərarası reys avtobusu ilə toqquşub.

Zərbənin şiddətindən “Vista” deformasiyaya uğrayıb.

Nəticədə “Toyota”nın sürücü və iki sərnişini hadisə yerində vəfat ediblər. Avtobusda olan 28 insandan iksi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh