Nepalda koronavirus nümunəsi toplamağa gedən təyyarə qəza enişi edib - VİDEO

Qəzalar 28 Mart 2020 19:15 Oxunub 1121
Nepalda koronavirus nümunəsi toplamağa gedən təyyarə qəza enişi edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb

Nepalın cənub-qərbində iki mühərrikli Çin istehsalı olan “Harbin Y-12E” tipli sərnişin təyyarəsi kolluq əraziyə sərt eniş edib. Avtosfer.az xəbər verir ki, insident martın 28-də Nepalqandj şəhəri ərazisində qeydə alınıb. Bu barədə “Aviation Nepal” nəşri məlumat yayıb.

Məlumata görə, təyyarə yerli idarəetmə orqanı tərəfindən kirayəyə götürülüb və ölkənin ucqar bölgələrində koronavirus nümunəsi toplamaq üçün istifadə edilib.

Bildirilir ki, ekipaj hələlik məlum olmayan səbəblərdən uçuş-eniş zolağına enə bilməyib və nəticədə hava gəmisini yaxınlıqdakı kolluq sahəyə endiriblər.    

Qəza zamanı göyərtədə 2 pilot, bort bələdçisi və COVID-19 testi keçirən həkim olub.

İlkin məlumatlara görə, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh